Maşın yanacaqdoldurma məntəqəsinə çırpıldı:  Bakıda ağır qəza - FOTO

20:46 - 17 Dekabr 2025

Maşın yanacaqdoldurma məntəqəsinə çırpıldı:  Bakıda ağır qəza - FOTO

Bu gün saat 20 radələrində paytaxtın Xəzər rayonunda ağır yol qəzası baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Mərdəkan şosesində BMW və “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillərdən biri yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin məlumat lövhəsinə çırpılıb, digəri isə 100 metr kənara düşüb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb edilib.

Yolda və yanacaqdoldurma məntəqəsində böyük tıxac yaranıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az