Orta məktəb binasında YANĞIN

22:51 - 25 Dekabr 2025

Orta məktəb binasında YANĞIN

Balakən şəhərində yerləşən N. Gəncəvi adına 1 saylı tam orta məktəbdə yanğın baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında məktəb binasının daxili pilləkən qəfəsində qeydə alınıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın zamanı pilləkən qəfəsinin altında yerləşən təxminən 3 kvadratmetr sahədə kağız tullantıları və 0,5 paqon metr elektrik kabeli yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az