Sumqayıtda avtomobil yandı

23:11 - 25 Dekabr 2025

Sumqayıtda avtomobil yandı

Sumqayıtda avtomobil yanaraq külə dönüb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivinin Hafiz Baxış küçəsində qeydə alınıb.

"Toyota Corolla" markalı minik avtomobili hərəkətdə olarkən anidən alışıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları tərəfindən söndürülüb. Ətrafda olan digər nəqliyyat vasitələrinə və ərazilərə ziyan dəyməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır, yanğının səbəbləri müəyyənləşdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az