Onlar bu gecə dəm qazından zəhərlənərək öldü - FOTO

09:40 - 06 Fevral 2026

Onlar bu gecə dəm qazından zəhərlənərək öldü - FOTO

Masazır sakini dəm qazından boğulub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Hüseyn Yasən oğlu Ramazanov qəsəbənin H.Z.Tağıyev küçəsi ev 3 ünvanında kirayə qaldığı mənzildə dəm qazından zəhərlənərək ölüb.

Oxşar hadisə Sumqayıt şəhər Corat qəsəbəsində də baş verib.

1990-cı il təvəllüdlü Əbülfəz Bayraməli oğlu Vahabov yaşadığı fərdi evdə dəm qazından boğularaq vəfat edib.

Baş vermiş hadisələrlə bağlı araşdırma aparılır.

Fotoda Əbülfəz Vahabov


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az