Kürdəmirdə su kanalında kişi meyiti tapılıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Şilyan kənd sakini 1966-cı il təvəllüdlü Şirəliyev İxtiyar Tarıverdi oğlunun cəsədi su kanalında aşkarlanıb.
Hadisə yerinə cəlb olunan FHN-in xüsusi riskli qəza xidmətinin əməkdaşları cəsədi sudan çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.