Tovuzda kafe külə döndü - FOTO

09:50 - 16 Fevral 2026

Tovuzda kafe külə döndü - FOTO

Tovuz rayonu ərazisində yanğın hadisəsi qeydə alınıb.


Manset.az Azərtac-a istinadən xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.

Məlumata əsasən, yerli sakinlərdən birinə aid olan və təxminən 150 kvadratmetr sahəni əhatə edən kafedə qəflətən alovlanma müşahidə edilib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası yönəldilib.

Yanğınsöndürənlərin müdaxiləsi ilə alov ram edilsə də, kafe içərisindəki əşyalarla bərabər yanaraq tamamilə yararsız hala düşüb. Alovun ətrafdakı digər tikililərə yayılmasının qarşısı alınıb.

Baş vermiş hadisə ilə əlaqədar müvafiq araşdırmalara başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az