Bu müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

19:58 - 13 Mart 2026

Bu müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Sabahdan 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir.


Manset.az xəbər verir ki, bu haqda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

“Biləcəri qəsəbəsindən Təbriz küçəsi istiqamətində fəaliyyət göstərən 83 nömrəli müntəzəm marşrutun hərəkət sxeminin dəyişdirilməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə daxil olan müraciətlər nəzərə alınaraq marşrutun Biləcəri qəsəbəsi Məmməd Səid Ordubadi və Asəf Zeynallı küçələrinin kəsişməsində yerləşən dairəyədək uzadılması məqsədəuyğun hesab edilib”, - məlumatda qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az