Ağsuda 2 evdə yanğın oldu 

10:42 - 22 Mart 2026

Ağsuda 2 evdə yanğın oldu 

Ağsuda iki evdə yanğın baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Ağsu rayonunun Daşdəmirbəyli kəndində 1959-cu il təvəllüdlü Rauf Zeyvər oğlu Cəbrayılova məxsus fərdi yaşayış evində yanğın olub.

Yanğın yerinə Ağsu Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 144 k/m olan yaşayış evinin çardaq hissəsi tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Bundan əlavə növbəti yanğın hadisəsi isə gecə saatlarında Ağsu şəhər N.Tağızada küçəsində, 1961-ci il təvəllüdlü Durasan İsmayıl oğlu Qasımova məxsus fərdi yaşayış evində baş verib.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 100 kv.m olan yaşayış evinin 100 kv.m çardaq hissəsi tamamilə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az