Traktora qoşulan texnika 25 yaşlı gəncin ölümünə səbəb oldu

21:16 - 18 Aprel 2026

Traktora qoşulan texnika 25 yaşlı gəncin ölümünə səbəb oldu

Ağdamda bədbəxt hadisə nəticəsində 25 yaşlı gənc oğlan həyatını itirib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən ehtiyatsızlıq nəticəsində traktora qoşulmuş torpaq əzən texnikanın işə düşməsi səbəbindən ağır xəsarətlər alıb. Aldığı xəsarətlər nəticəsində o, hadisə yerində həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az