Sexdə partlayış - Xəsarət alan var

17:31 - 19 Aprel 2026

Sexdə partlayış - Xəsarət alan var

Lənkəranda maşın təmiri sexində bədbəxt hadisə baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran Füzuli küçəsi "Kürə" deyilən ərazidə qeydə alınıb.

Lənkəran şəhər sakini, sözügedən sexdə usta işləyən 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlı benzinlə ehtiyatsız davranıb. Bu zaman benzin alovlanıb və yaranan partlayış ustaya ciddi xəsarət yetirib. İ.Qasımlı yanıq xəsarətləri ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanıq diaqnozu təyin ediblər. Xəsarət alana ilkin tibbi yardım göstərilib və vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az