Şəkidə bədbəxt hadisə nəticəsində bir nəfər elektrik cərəyanı vurması səbəbindən ölüb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Təpəcənnət kəndində qeydə alınıb.
Cəfərabad kənd sakini, 1986-cı il təvəllüdlü Bəxtiyar Makarov elektrik cərəyanı vurması nəticəsində ağır xəsarətlər alıb və hadisə yerində həyatını itirib.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.