Tovuzda maşın azyaşlını vurdu, sonra aşdı - FOTO

21:07 - 01 May 2026

Tovuzda maşın azyaşlını vurdu, sonra aşdı - FOTO

Tovuz rayonunda azyaşlı piyadanın xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Ramin Həsənov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən azyaşlı piyadanı vurub.

İdarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarındakı fərdi yaşayış evinin həyətinə aşıb.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az