Aeroport şossesində AĞIR QƏZA - Ölən var

17:47 - 05 May 2026

Aeroport şossesində AĞIR QƏZA - Ölən var

Bakının Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, bu barədə "Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" və "XPeng" markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Mercedes" markalı minik avtomobilinin sürücüsü və sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Minik avtomobilinin sərnişini xilas edilib, həyatını itirmiş sürücü, Mansur Güləxan oğlu İmanovun meyiti isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az