Sumqayıtda yol çökdü - VİDEO

23:53 - 05 May 2026

Sumqayıtda yol çökdü - VİDEO

Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 600 mm diametrli kanalizasiya xəttində çökmə baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti asfalt yolda oyuq yaranmasının səbəbinə aydınlıq gətirərkən məlumat verib.

Bildirilib ki, hazırda ərazidə müvafiq qurumlar tərəfindən təhlükəsizlik tədbirləri həyata keçirilir, hadisə yerinə giriş-çıxış nəzarətə götürülüb.

Bildiririk ki, yaranmış problemin aradan qaldırılması məqsədilə sabahdan etibarən təmir-bərpa işlərinə başlanılacaq və işlərin qısa müddətdə yekunlaşdırılması üçün bütün zəruri tədbirlər görüləcəkdir.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az