Sumqayıt şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən stadiondan meyit tapılıb.
Manset.az xəbər verir ki, hadisə mayın 6-sı saat 09 radələrində qeydə alınıb.
Stadiondakı idman zalından oranın inzibatçısı Zəngilan rayon sakini 1999-cu il təvəllüdlü Cəmil Allahverdi oğlu Hətəmxanovun meyiti aşkar edilib.
Gənc oğlanın həyatına qəsd etdiyi bildirilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.