Ağdamda qəza - Ata və oğlu yaralandı

23:51 - 11 May 2026

Ağdamda qəza - Ata və oğlu yaralandı

Ağdam rayonunda baş verən yol qəzası zamanı bir ailənin iki üzvü xəsarət alıb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 1982-ci il təvəllüdlü Elmin Muradova məxsus "Lada Granta" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü Elmin Muradov və onun 14 yaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd edək ki, qəza zamanı xəsarət alan şəxslər Ağcabədi rayon sakinləridir və onlar işğaldan azad edilmiş ərazilərdən gəzməkdən gələrkən qəzaya düşüblər.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az