Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü - VİDEO

18:17 - 15 May 2026

Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü - VİDEO

Bu gün saat 16 radələrində Bakı-Ələt magistral yolunun Qobustan qəsəbəsindən keçən hissəsində körpüdə çökmə baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə zamanı yük avtomobili çökən hissəyə düşüb.

Hadisə nəticəsində ərazidə böyük tıxac yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, qurumun əməkdaşları artıq əraziyə cəlb edilib:

“Hadisə yerində təhlükəsizlik tədbirləri görülüb və mütəxəssis qrupu göndərilib. Araşdırmadan sonra körpüyə dəymiş zərər müəyyən ediləcək və müvafiq tədbirlər görüləcək”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az