Türkiyədə atışma - 2 polis şəhid oldu

17:34 - 17 May 2026

Türkiyədə atışma - 2 polis şəhid oldu

Türkiyənin Çorlu şəhərində baş verən silahlı insident zamanı iki polis əməkdaşı həlak olub.


Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Tekirdağ vilayətinin Çorlu rayonunun Reşadiye məhəlləsində yerləşən iş mərkəzlərindən birində qeydə alınıb.

Silahlı dava barədə daxil olan məlumat əsasında əraziyə polis qüvvələri cəlb edilib.

Hadisə zamanı şübhəli şəxs mülki geyimdə olan polis əməkdaşlarına atəş açıb. Nəticədə polis əməkdaşları Erkan Tütüncüler və Emrah Koç ağır yaralanıblar. Yaralılar dərhal Çorlu Dövlət Xəstəxanasına çatdırılsalar da, həkimlərin bütün səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Polisin “təslim ol” çağırışına tabe olmayan silahlı şəxsə qarşı əməliyyat keçirilib və o, atışma zamanı zərərsizləşdirilib.

Hadisə ilə bağlı açıqlama verən Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi həlak olan polis əməkdaşlarının Çorlu Rayon Polis İdarəsində xidmət etdiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az