Maşında sıxılı vəziyyətdə qalan gənc belə xilas edildi - VİDEO

18:59 - 23 May 2026

Maşında sıxılı vəziyyətdə qalan gənc belə xilas edildi - VİDEO

Masazırda yol-nəqliyyat hadisəsi baş verib.


Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində baş verən yol qəzasında vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ-2106" və “Chevrolet” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "VAZ-2106" markalı minik avtomobilinin sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

    Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 2000-ci il təvəllüdlü Nəcəfov Əşrəf Mahir oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.



    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az