Qadın sürücü yuxulayıb avtomobili aşırdı - Ödənişli yolda AĞIR QƏZA

09:06 - 26 May 2026

Qadın sürücü yuxulayıb avtomobili aşırdı - Ödənişli yolda AĞIR QƏZA

Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli avtomobil yolunda qəza baş verib.


Manset.az Azərtac-a istinadən xəbər verir ki, yolun Şabran rayonu ərazisindən keçən hissəsində "Toyota" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində beton arakəsməyə çırpılıb və aşıb.

Hadisə zamanı avtomobilin sürücüsü olan qadın və onun qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadası vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az