Paytaxtın Xətai rayonunda qəribə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Hadisə İnqilab İsmayılov küçəsində qeydə alınıb.
Məlumata görə, idarəetmədən çıxan minik avtomobili yol kənarındakı fərdi evin damına çırpılıb. Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib.
Həmin görüntüləri təqdim edirik: