Qubada məktəbli qızın meyiti tapıldı 

11:55 - 01 İyun 2026

Qubada məktəbli qızın meyiti tapıldı 

Qubanın Alekseyevka kəndində 15 yaşlı məktəbli qızın meyiti aşkarlanıb.


Manset.az Shimal.News-a istinadən xəbər verir ki, hadisə mayın 29-da baş verib.

Belə ki, Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Rabiyyə Abdullayevanın meyiti yaşadığı evdə tapılıb.

Qeyd edək ki, Rabiyyə idman sahəsində əldə etdiyi nailiyyətlərlə də tanınıb. O, taekvondo üzrə 55 kq çəki dərəcəsində keçirilən Respublika çempionatında III yerə layiq görülüb. İddialara görə, valideynləri son vaxtlarda onun idmana olan marağından narazı imiş.

Hadisə məktəb kollektivində və kənd sakinləri arasında dərin üzüntüyə səbəb olub. Bu səbəbdən məktəbdə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilməsi planlaşdırılan bütün tədbirlər ləğv edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az