Salyanda istixanada işləyən 51 yaşlı kişini yüksək gərginlikli cərəyan vurub.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Salyan rayonunda yerləşən istixanalardan birində baş verib.
Qəbələ rayonunun Nohurqışlaq kənd sakini, 51 yaşlı Hafizov Şahnəzər Şahverən oğlunu istixanada işləyərkən elektrik cərəyanı vurub.
O, yanıq xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.