Şəlalədə çimmək istəyən şəxs boğularaq ölüb.
Manset.az xəbər verir ki, Cəlilabad sakini Lənkəranda şəlalədə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə rayonun ucqar dağ kəndi olan Biləsərdə qeydə alınıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonu, Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində vətəndaşın batması barədə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.
Dalğıclar tərəfindən 32 yaşlı Cəlilabad rayon sakini Elvin Quliyevin meyiti suda tapılıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə verilib.
Qeyd edək ki, Biləsər kəndində yerləşən şəlalə Hirkan Milli Parkının ərazisidir və çətin relyefə malikdir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Nuranə Alisoy