Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, qəza şəhərin Atatürk prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.
Qəza nəticəsində 1984-cü il təvəllüdlü Q.Mehdiyev, 1977-ci il təvəllüdlü A.Bədirov, 1985-ci il təvəllüdlü R.Cəfərov və 2016-cı il təvəllüdlü Q.Mehdiyev xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onların vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.