Lənkəranda açıq sahə yanır.
Manset.az xəbər verir ki, yanğın hadisəsi rayonun Separadi kəndi ərazisində baş verib.
Dərhal əraziyə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi və ətraf ərazilərə keçməməsi üçün müvafiq tədbirlər görülür.
İlkin məlumata görə yanğın olan sahəyə yaxın ərazidə sitrus bağları yerləşir. Bağlardan qurumuş ağaclar budanaraq, Separadi və ətraf kənd sakinlərinin istifadəsi üçün açıq sahəyə yığılır. Kənd sakinləri də gündəlik həmin çınqılları götürüb təndirdə istifadə edirlər. Ehtimal olunur ki, həmin çınqıllar bilərəkdən yandırılıb və yanğın ətraf ərazilərə keçib.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.