Astafada küçədən meyit tapılıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Həsənsu kəndində qeydə alınıb.
Kənd sakini 46 yaşlı Zaur Novruz oğlu Yolçuyevin meyiti kəndin ərazisində aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma aparılır.