logo
logo logo
logo

Gəmi faciəsində ölənlərin sayı 10-a çatdı

22:44 - 03 Sentyabr 2026

Gəmi faciəsində ölənlərin sayı 10-a çatdı

Şimali Kipr Türk Respublikasının Girnə sahillərində batan gəmidə itkin düşən şəxslərdən daha birinin meyiti tapılıb.


    Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.

    O qeyd edib ki, bununla da faciə nəticəsində ölənlərin sayı 10-a yüksəlib. Xəstəxanalara yerləşdirilən yaralıların müalicəsi davam etdirilir.

    Qeyd edək ki, avqustun 30-da Şimali Kiprin Girnə sahillərində 267 nəfəri daşıyan gəmi batıb. Hadisədən sonra itkin düşən şəxslərin axtarışları davam etdirilir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az