logo
logo logo
logo

Tərtərdə toydan gələn sürücü avtoqəzaya düşdü - FOTO  

17:39 - 04 Sentyabr 2026

Tərtərdə toydan gələn sürücü avtoqəzaya düşdü - FOTO  

Tərtər rayonunda iki avtomobil toqquşub.


Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Müşfiq Raqub oğlu Məmmədov idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn Xoruzlu kənd sakini Ağalarov Adəm Habil oğlunun sükanı arxasında olduğu "Mercedes" markalı, 90-SU-373 nömrəli maşınla toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, "Mercedes" markalı avtomobilin sürücüsü A.Ağalarov toy məclisindən evə qayıdarkən qəzaya düşüb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az