logo
logo logo
logo

Ağdaşda ev yandı - Ana və oğulları yaralandı

18:16 - 03 Oktyabr 2026

Ağdaşda ev yandı - Ana və oğulları yaralandı

Ağdaşda ev yanıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Ağdaş rayon Güvəkənd kəndində, 1970-ci il təvəllüdlü Baxışov Zülfüqar Zilhar oğluna məxsus fərdi yaşayış evində baş verib.

Yanğın yerinə Ağdaş rayon DYMH nin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 169 k/m metr olan 5 otaqlı fərdi yaşayış evinin 127 k/m sahəsi yanıb.

Hadisə zamanı ev sahibinin gəlini 1999-cu il təvəllüdlü Baxışova Şərifəxanım Maksud qızı və onun iki az yaşlı övladları 2022-ci il təvəllüdlü Baxışov Murad Şahmurad oğlu və 2024-cü il təvəllüdlü Baxışov Zülfüqar Şahmurad oğlu üz, bədən nahiyyələrindən yanıq xəsarətləri alıblar.

Yanğının səbəbi araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az