Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, Şəmkir rayon ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onlardan biri dünyasını dəyişib.
Digər zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.