Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb.
Manset.az xəbər verir ki, ilkin məlumata görə, qəza zamanı təcili tibbi yardım maşınında xəstə olmayıb.
Hadisə ilə bağlı Səhiyyə Nazirliyindən Manset.az-a verilən məlumata görə, yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb:
“Hadisə nəticəsində ölən olmayıb. Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.
Faktla bağlı araşdırma aparılır.