Qəbələdə bazarda baş vermiş yanğın söndürülüb.
Manset.az xəbər verir ki, yanğın zamanı 12 ərzaq və geyim mağazası yanıb.
Hadisənin başvermə səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.
19:42
Qəbələnin Vəndam qəsəbəsində, bazar ərazisində güclü yanğın başlayıb.
Manset.az report-a istinadən xəbər verir ki, yanğın 11 mağazanı bürüyüb.
Hadisə yerinə Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğının qarşısının alınması istiqamətində işlər görülür.