Qusar rayonunda 5 nəfər dəm qazından boğulub.
Manset.az APA-ya istinadən bildirir ki,hadisə şəhər ərazisində qeydə alınıb. Şəhərdəki evlərdən birində beş nəfərin meyiti tapılıb.
Hadisə yerinə hüquq-mühafizə oraqlanlarının əməkdaşları cəlb olunub.
İlkin ehtimala görə, onlar dəm qazından boğularaq ölüb.