Zaqatalada ağır qəza - Yaralılar var

19:35 - 17 Fevral 2022

Zaqatalada ağır qəza - Yaralılar var

Zaqatalada minik maşını ilə motosiklet toqquşub.

Manşet.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Muxax-Zəyəm avtomobil yolunda baş verib.

Minik avtomobili və qoşqulu motosikletin toqquşması zamanı motosikletdə olan iki nəfər - rayonun Zəyəm kənd sakinləri - 1988-ci il təvəllüdlü Zülfüqar Rasim oğlu İsayev və 1975-ci il təvəllüdlü Məmməd Oruc oğlu Orucov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az