Arvadını bıçaqlayaraq öldürmək istədi

10:22 - 18 Fevral 2022

Arvadını bıçaqlayaraq öldürmək istədi

Fevralın 17-i saat 16 radələrində Aytən Qasımova Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yaşadığı evdə bıçaqlanıb.

 

Prokurorluqdan Manset.az-a verilən məlumata görə, zərərçəkmişin əri Raman Təhməzov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aytən Qasımovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Raman Təhməzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az