Türkiyənin Konya şəhərində avtobus aşıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, tur avtobusunun aşması nəticəsində 5 nəfər həyatını itirib, 26 nəfər yaralanıb.
Qəza yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.
Yaralılar xəstəxanaya yerləşdirilib.