Şəkidə avtomobil aşdı, yaralılar var

19:38 - 19 Fevral 2022

Şəkidə avtomobil aşdı, yaralılar var

Şəkidə avtomobil qəzası olub.

 

Manset.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Honda" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az