Toydan çıxan şəxsi avtomobil vurdu - FOTO

10:08 - 21 Fevral 2022

Toydan çıxan şəxsi avtomobil vurdu - FOTO

Bakının Nizami rayonunda ağır qəza baş verib.

 

Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobili idarə edən Ramil Əliyev yol kənarında hərəkət edən şəxsi vurub. Təxminən 60-65 yaşlı kişi hadisə yerində ölüb.

Məlum olub ki, ölən şəxs yaxınlıqdakı şadlıq sarayından çıxıb. Zərərçəkən bəyin dayısıdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü R.Əliyev saxlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az