Xanım sərnişinə əxlaqsız təkliflər edən sürücü saxlanıldı

18:48 - 21 Fevral 2022

Xanım sərnişinə əxlaqsız təkliflər edən sürücü saxlanıldı

Bakıda müştərisi olduğu xanıma qarşı hörmətsizlik edən taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

Manşet.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

O bildirib ki, həmin avtomobilin sürücüsü, 1989-cü il təvəllüdlü Röyal Həsənov əməlini etiraf edib:

“Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, ötən gün "20 Yanvar" metrostansiyasının yaxınlığında taksi sürücü xanım sərnişinə əxlaqsız təkliflər edib. Daha sonra isə sürücü xanıma qarşı nalayiq hərəkətlər edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az