Şəkidə yaşayış evində baş verən yanğında ahıl kişi yanaraq həyatını itirib.
Manşet.az xəbər verir ki, yanğın hadisəsi axşam saatlarında şəhərin Abdulrəhim Haqverdiyev küçəsində yerləşən yaşayış evlərindən birində baş verib.
Hadisə yerinə Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğın zamanı evdə yaşayan 1952-ci il təvəllüdlü yaşlı kişi yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qafqazinfo