Xaçmazda iki uşaq anası itkin düşdü – FOTO

22:00 - 21 Fevral 2022

Xaçmazda iki uşaq anası itkin düşdü – FOTO

Xaçmazda 30 yaşlı qadın üç gündür itkin düşüb.

Manşet.az APA-ya istinadən xəbər verir ki, bu barədə qadının ailə üzvləri məlumat verib.

Bildirilib ki, rayonun Yalama kənd sakini 1991-ci il təvəllüdlü Leyla Abdullayeva fevralın 18-də evdən çıxıb və bir daha ondan xəbər olmayıb. L. Abdullayevanın sonuncu dəfə əynində qırmızı gödəkcə olub.

İtkin düşmüş şəxsi görənlərdən Xaçmaz Rayon Polis Şöbəsinə və ya 055 864 95 38 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Leyla Abdullayevanın iki azyaşlı övladı var.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az