Samuxda park ərazisində qumbara TAPILDI

12:40 - 22 Fevral 2022

Samuxda park ərazisində qumbara TAPILDI

Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki parkların birindən silah-sursat aşkarlayıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Manset.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal ANAMA-nın əməkdaşlarını həmin əraziyə dəvət edərək müvafiq tədbirlər həyata keçirib.

Araşdırmalar zamanı oradan bir ədəd “F1” əl qumbarası, iki ədəd “UZRQM” qumbaraatan mərmisi, bir ədəd 14 mm-lik “BTR” patronu, 37 ədəd 7,62 mm-lik avtomat patronu və 96 ədəd 5,45 mm-lik avtomat patronları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az