Ucarda 65 yaşlı kişi intihar ETDİ

20:09 - 22 Fevral 2022

Ucarda 65 yaşlı kişi intihar ETDİ

Ucarda intihar hadisəsi baş verib.

Manşet.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında Ucarın Sadıq Qarayev küçəsində yaşayan, 1957-ci il təvəllüdlü Cəfər İsgəndər oğlu İsgəndərov yaşadığı evin həyətindəki artırmadan özünü asaraq intihar edib.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar Rayon Şöbəsinə təhvil verilib. İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az