Göyçayda kişi kafedə QƏTLƏ YETİRİLDİ

22:29 - 22 Fevral 2022

Göyçayda kişi kafedə QƏTLƏ YETİRİLDİ

Göyçay rayonunda güllələnmə hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, hadisə bu gün axşam saat 22:00 radələrində şəhərdəki kafelərdən birində qeydə alınıb.

Göyçay sakini, 1979-cu il təvəllüdlü Cavanşir Şükürov ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.

Onun kim tərəfindən öldürüldüyü hələ ki, məlum deyil.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az