Bakı-Qazax yolunda ağır QƏZA: Səkkiz nəfər xəsarət aldı - FOTO

15:30 - 23 Fevral 2022

Bakı-Qazax yolunda ağır QƏZA: Səkkiz nəfər xəsarət aldı - FOTO

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az report-a istinadən xəbər verir ki,  hadisə Bakı-Qazax yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, “Ford” və “Volkswagen” markalı avtomobillərin toqquşması nəticəsində səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib.

Yaralılar təcili yardım avtomobilləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az