Keçmiş məhkumdan külli miqdarda heroin götürülüb - FOTO

16:05 - 23 Fevral 2022

Keçmiş məhkumdan külli miqdarda heroin götürülüb - FOTO

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş şəhər sakini Amid Muradov şübhəli şəxs qismində saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan külli miqdarda narkotik vasitə olan heroin və metamfetamin qalıqları olan şüşə qab aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, məhkəmənin də qərarı ilə Amid Muradov barəsində həbs qətimkan tədbiri seçilib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az