Çökən binada xəsarət alanların sayı AÇIQLANDI -RƏSMİ -YENİLƏNDİ

16:12 - 24 Fevral 2022

Çökən binada xəsarət alanların sayı AÇIQLANDI -RƏSMİ -YENİLƏNDİ

Baş Prokurorluq paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə məlumat yayıb.

 

Prokurorluqdan Manset.az-a daxil olan məlumatda bildirilib ki, "City Garden" layihəsi çərçivəsində söküntü işlərinin aparılması zamanı şirkətdə əmək müqaviləsi əsasında işləyən və həmin işlərə cəlb edilmiş yalnız 4 nəfər şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib. Hər birinə ambulator tibbi yardım göstərildikdən sonra sonuncular evə buraxılıblar.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən araşdırma aparılır, hadisə yerinə baxış keçirilib və qeyd edilən şəxslərin aldıqları xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizaları təyin edilmişdir. İctimaiyyətə əlavə məlumat veriləcək.

 

13:57

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda binanın çökməsi nəticəsində xəsarət alanların sayını açıqlayıb.

 

Manset.az xəbər verir ki, FHN-in əməkdaşı Bəxtiyar Tağıyev Musavat.com-a açıqlamasında bildirib ki, hadisənin baş verdiyi ərazidə "City Garden" şirkəti tərəfindən binanın tikintisi aparılır.

"Tikinti gedən prosesdə binanın ikinci mərtəbəsində beton verilən zaman qəlibləmələrdə boşluqların olduğu hiss olunub. Bu zaman qəlib qaçıb və uçqun baş verib. Bildirilir ki, 3 nəfər yüngül xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər", - o vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az