Gəncədə şirkətin anbarından 7 min manatlıq oğurluq edildi

18:10 - 26 Fevral 2022

Gəncədə şirkətin anbarından 7 min manatlıq oğurluq edildi

Gəncədə şirkətin anbarından 7 min manatlıq oğurluq edilib.

Bu barədə Manşet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 24-nə keçən gecə Gəncə şəhəri ərazisində yerləşən şirkətlərdən birinin anbarından dəyəri 7 000 manat olan 7 ədəd su mühərrikini oğurlamaqda şübhəli bilinən şəhər sakinləri X.Quliyev, əvvəllər məhkum olunmuşlar R.Hümbətov və V.Qurbanov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az