Azərbaycanda dəhşətli hadisə: Bir evdə olan 10 nəfər dəm qazından zəhərləndi

10:36 - 27 Fevral 2022

Azərbaycanda dəhşətli hadisə: Bir evdə olan 10 nəfər dəm qazından zəhərləndi

Abşeron rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisə baş verib.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.

Yaşadıqları evdə 1956-cı il təvəllüdlü Kələntərova Bənövşə Musa qızı, 1985-ci il təvəllüdlü Həsənli Nurlana Qurban qızı, 2001-ci il təvəllüdlü Orucova Arzu Məhəmməd qızı, 2008-ci il təvəllüdlü Kələntərli Şəkər Ceyhun qızı, 1992-ci il təvəllüdlü Novruzlu Nigar Musa qızı, 2005-ci il təvəllüdlü Novruzlu Şəfiqə Sultan qızı, 1988-ci il təvəllüdlü Həsənova Sahilə Sahib qızı, 1974-cü il təvəllüdlü Kələntərli Arzu Süleyman qızı, 2011-ci il təvəllüdlü Kələntərli Mail Həsənəli oğlu və 2010-cu il təvəllüdlü Kələntərli Musa Həsənəli oğlu dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az